Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
Bizi izləyin

Region

Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı

Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu "Tor M2" zenit-raket komplekslərini alacaq.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.

Zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir.

"Tor M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə, təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Kompleksin buraxılış qurğusunda 16 döyüş raketi olur. "Tor M2" kompleksinin əsas vəzifəsi quru qoşunlarını döyüş əməliyyatları zamanı havadan müdafiə etmək, komanda məntəqələrini, mühüm infrastruktur obyektlərini qorumaqdır.

Ötən il Rusiya Ermənistana "Verba" daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı və hesab edilir ki, məqsəd Yerevanın hava hücumlarından eşalonlaşdırılmış müdafiəsini təşkil etməklə Azərbaycanın havada üstünlüyünü neytrallaşdırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm