Region
Afrində ələ keçirilən kamikadze qadın: "Bizi partlatmazdan əvvəl döyür, təcavüz edirdilər"
Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində apardıqları "Zeytun Budağı" hərəkatı zamanı ələ keçən PKK/YPG terror qruplaşmalarının üzvlərindən biri Türkiyə mediasına danışıb. Zərərsizləşdirilən terrorçu qadın adının Y.Leyla olduğunu deyib.
Publika.az xəbər verir ki, qadınlara özlərini necə partlatmaq lazım olduğunu öyrətmək üçün onlara narkotik tərkibli həblər verirdilər: "Ailəmlə birlikdə yaşadığımız evdən silah gücünə çıxarılıb bu təşkilata gətirildik. İlk olaraq qadın və kişi olaraq ayrı qruplara böldülər. 45 gün ərzində bizə silahla necə davranmaq lazım olduğu öyrədildi. 45 gündən sonra komandirlər hər gün bizə narkotik maddələr verirdilər. "Bu həblərlə özünüzü daha güclü hiss edəcəksiniz" deyirdilər. Dərmanları içəndən sonra dediklərini tərəddüd etmədən yerinə yetirirdik. Bizə burada özümüzü türklərə necə təslim edəcəyimiz də öyrədilirdi. Onlar deyirdi ki, ilk göründüyünüz yerdə öldürülmək istəmirsinizsə, yaxşı qulaq asın. Dinc sakinlərin evlərinə gedib onları özümüzlə nəzarət məntəqələrinə gətirirdik".
Leyla adlı terrorçu deyir ki, hər bir qadın özünü partlatmazdan əvvəl 2 gün ərzində təcavüzə məruz qalırdı: "Onlar bizə deyirdi ki, onsuzda öləcəksiz. Hər dəfə narkotik verirdilər. Bir gün dərman içib yatmışdım. Oyananda gördüm ki, ətrafımda çoxlu insan var. Hər şeyi başa düşəndə artıq gec idi. 2 gün ərzində mənə təcavüz etmişdilər. Həsən kod adlı terrorçu mənə dedi ki, sən tək deyilsən. Təşkilata daxil olan bütün qadınlara təcavüz edildiyini dedi".
Könül
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?