Region
Masonlar Türkiyəyə qarşı qorxunc planı HƏRƏKƏTƏ GƏTİRDİ: “Ərdoğanı bizə təslim edin”
Türkiyədə dolların durmadan yüksəlməsi və lirənin
dəyərdən düşməsi qardaş ölkədə ciddi narahatlığa səbəb olub.
Publika.az xəbər verir ki, Türkiyə mediası dolların
yüksəlişinin 24 iyun seçkilərinə qarşı hazırlanmış oyun olduğunu
yazır.
“Haber7” portalında yayımlanan məqalədə bildirilir ki, Türkiyə
iqtisadi zərbə ilə üz-üzə qalıb.
“Heç bir iqtisadi problemin olmamasına rəğmən, dollarla bağlı baş
verənlər Türkiyəyə qarşı həyata keçirilən maliyyə hücumudur.
FETÖ-nün rəhbərləri və onların daxildəki ortaqları 24 iyun
seçkiləri öncəsi Türkiyəyə qarşı iqtisadi hücuma keçib”, - deyə
məqalədə bildirilir.
Portal qeyd edir ki, Türkiyəyə qarşı iqtisadi hücumun arxasında
FETÖ ilə masonlar dayanır: “Türkiyənin Beynəlxalq Valyuta Fonduna
borcunu ödəyəndən sonra ölkəmizi diz çökdürmək istəyirlər”.
“Akşam” qəzeti isə hədəfdə Ərdoğanın olduğunu yazır.
“Pulun gücü ilə millətimizi təhdid edir, “Ərdoğanı bizə təslim
edəcəksiniz”, - deyirlər. Hədəfdə Ərdoğan və onun timsalında Yeni
Türkiyə var”, - deyə vurğulanır.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA