Ankaradan ABŞ-a SƏRT CAVAB: “Lazımi addımlar atılacaq”
Bizi izləyin

Region

Ankaradan ABŞ-a SƏRT CAVAB: “Lazımi addımlar atılacaq”

Vaşinqton “F-35” beşinci nəsil qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Qeyd edək ki, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi “S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir.

Türkiyə ABŞ-dan 100 ədəd “F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm