Türkiyə “dərin dövləti”nin adamından ŞOK SÖZLƏR: “Ərdoğana bunları...”
Bizi izləyin

Region

Türkiyə “dərin dövləti”nin adamından ŞOK SÖZLƏR: “Ərdoğana bunları...”

“Vatan” partiyasının sədri, Türkiyə “dərin dövləti”nin adamı hesab olunan Doğu Perinçek Rusiya mediasına verdiyi açıqlamada maraqlı məqamlara toxunub.

Publika.az
xəbər verir ki, Perinçek Ərdoğanın onların mövqeyindən çıxış etdiyini bildirib.

“Ərdoğanı ABŞ-ın Böyük Yaxın Şərq Planından biz çıxartdıq, FETÖ ilə mübarizə aparmasını təmin etdik, PKK-nı məhv etmək strategiyasını biz təqdim etdik”, - deyə o bildirib.


Perinçek 2010-cu ildə Ərdoğanın “kürd açılımı” layihəsini xatırladıb: “Ərdoğan kürd problemini həll etmək üçün PKK ilə görüşmək xəttini yürüdürdü. Ona PKK ilə döyüşməyin ABŞ-la döyüşmək olduğunu və bu silahlı terror təşkilatının ABŞ tərəfindən idarə edildiyini bildirdik. Biz PKK-nın yalnız hərbi yolla sıradan çıxarıla biləcəyini qeyd etdik. Nəticədə, Ərdoğan da türk əsgərinin PKK-nı məhv etmək strategiyasını dəstəklədi”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm