Türkiyə mətbuatı: “Referendum Azərbaycan xalqının demokratik iradəsini tam əks etdirdi”
Bizi izləyin

Rəsmi xronika

Türkiyə mətbuatı: “Referendum Azərbaycan xalqının demokratik iradəsini tam əks etdirdi”

Qardaş dövlətin KİV-i ölkəmizdəki ümumxalq səsverməsinə böyük diqqət ayırıb

Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ölkə mediası ilə yanaşı, dünya mətbuatının diqqət mərkəzində oldu. Qonşu ölkələrin elektron informasiya vasitələri və televiziya kanallarında gün ərzində referendumla bağlı xəbərlərə, reportajlara yer verildi. Qardaş Türkiyə Respublikasının kütləvi informasiya vasitələri isə ümumxalq səsverməsini geniş işıqlandırdı.

“NTV.com.tr” saytında yer alan “Azerbaycan anayasa değişikliği için sandık başında” başlıqlı məqalədə Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidəçilər Qrupunun, Türkiyə - Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin açıqlamalarına geniş yer verilib. İşçi qrupunun rəhbəri Necdet Ünüvar bildirib ki, Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir. Türkiyəli digər deputat Harun Karaca isə “Sandık başlarında hər partiyanın təmsilçisinin müşahidəçisini gördük. Bu, çox müsbət haldır. İnsanlar aktiv şəkildə səsverməyə qatıldılar”- deyə qeyd edib.

“Ensonhaber.com” saytında “Azerbaycan anayasa değişikliği referandumuna gidiyor” başlıqlı yazı yer alıb. Yazıda bildirilir ki, Azərbaycanda keçirilən referendumu 53 mindən çox yerli, 117 beynəlxalq müşahidəçi izləyib.

“Karar.com” saytı da ölkəmizdə keçirilən ümumxalq səsverməsinə yer ayırıb. Yazıda Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verilib.

“Yeni Şafak” qəzetində “Azerbaycan sandık başında” başlıqlı yazıda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlaması yer alıb. Bildirilir ki, ölkədən kənarda yaşayan azərbaycanlı vətəndaşlar üçün 38 nöqtədə seçki mərkəzləri yaradılıb.

“Parstoday.com” saytı da referendumu diqqətdən kənarda qoymayıb. Belə ki, saytda dövlət başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verilib. Referendum Aktında yer alan müddəaların izahı verilən yazıda bildirilir ki, layihəyə əsasən, Azərbaycanda Milli Məclisə üzvlük yaşı 18-ə endirilib. Məqalədə həmçinin 29 maddəyə nəzərdə tutulan dəyişikliklər də yer alıb.

Qonşu ölkənin “Yenidunyagundemi.com”, “Admiral.news” saytlarında da referendumla bağlı yazılara rast gəlmək mümkündür. Bu yazılarda Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidəçilər Qrupunun üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpəyin fikirlərinə yer verilib. Türkdilli ölkələrdə keçirilən seçkilərdə ənənəvi olaraq iştirak etdiklərini deyən Haluk İpək bildirib ki, Azərbaycanda izlədikləri səsvermə prosesi nizamlı şəkildə qurulub: “Bu referendumla Azərbaycan irəliyə addım atır. Ümid edirik ki, bu səsvermə Azərbaycan və onun xalqı üçün xeyirli olacaq”- deyə türkiyəli deputat bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm