Avropa Xalq Partiyası: Referendum azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi
Bizi izləyin

Rəsmi xronika

Avropa Xalq Partiyası: Referendum azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi

Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyətinin 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçirilmiş Konstitusiya referendumuna dair bəyanatı:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında Avropanın aparıcı siyasi ailəsi olan EPP-nin – Avropa Xalq Partiyasının nümayəndə heyəti 26 sentyabr 2016-cı il Konstitusiya referendumunun müşahidəsi məqsədilə Azərbaycana səfər etmişdir.

Nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırki və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarətdir.

Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olmuş və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşmüşdür. Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim etmişdir. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırki Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılmışdır. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi.

İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu.

EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi. Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alındı.

Səsvermə bağlandıqdan sonra nümayəndə heyətimizin bəzi üzvləri hazırda səslərin sayılması prosesini izləyir. Prosesin xüsusi şərtləri səbəbindən səslərin sayılması uzun çəkəcək, lakin Mərkəzi Seçki Komissiyası sürətli iş üslubu seçmişdir.

Nəticə etibarilə, nümayəndə heyətimiz hesab edir ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklərə dair referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi və şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm