Prezident iranlı naziri qəbul etdi - - FOTO
Bizi izləyin

Rəsmi xronika

Prezident iranlı naziri qəbul etdi - - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd etdi və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyasının həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını dedi. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Nazir Mahmud Vaezi dedi: “Cənab Prezident Həsən Ruhani İranda baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı ölkəmizə və İran Prezidentinə verdiyiniz başsağlığına görə Sizə minnətdarlığını çatdırmağı məndən xahiş etdi”. İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi bildirdi ki, əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki Prezidentin dəstəyi sayəsində mümkün olub. Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm