Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq

Z.Həsənovun rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Z.Həsənovun rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm