İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - YENİLƏNİB
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Publika.az AzərTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ölkə başçısı türkiyəli nazirlə bir sıra məsələləri müzakirə edib.

Prezident İlham Əliyev Azərbaycanla Türkiyəni dostluq və qardaşlıq əlaqələri bağladığını bildirib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”

Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan Azərbaycan Prezidenti deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm