İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı
Bizi izləyin

Rəsmi xronika

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

Publika.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib.

“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm