Prezident İlham Əliyev: “Neft hasilatının azaldılmasına dair öhdəliyi yerinə yetiririk”
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev: “Neft hasilatının azaldılmasına dair öhdəliyi yerinə yetiririk”

"Qiymətlər stabilləşərsə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq”.

“Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər”.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.


Azərbaycan prezidenti qeyd edib ki, OPEK və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bunu dəstəkləməyə hazırdır.

“Biz gündəlik hasilatın 35 min barel azaldılmasına qərar verdik. Bu öhdəliyi yerinə yetirəcəyik. Proses artıq başlandı. Biz OPEK-in üzvü deyilik, lakin təşkilatın iclaslarına dəvət edilmişik. Buna görə də öhdəlikləri yerinə yetiririk. Əgər əlavə ixtisar haqqında qərar qəbul ediləcəksə, onda biz bunu dəstəkləyəcəyik və hasilatın azaldılmasına yenidən baxacağıq. Çünki biz o fikrə həmrəyik ki, bütün ölkələr bu prosesdə səmimiyyətlə iştirak etməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala Prezident İlham Əliyev bu cür cavab verib:

“Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Qiymətlər stabilləşərsə, necə ki, indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm