Münxendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü oldu - - FOTO
Bizi izləyin

Rəsmi xronika

Münxendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü oldu - - FOTO

Münxendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü oldu.

Bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib. Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm