İlham Əliyev BMT-nin baş katibi ilə görüşdü - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev BMT-nin baş katibi ilə görüşdü - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə bir daha təbrik etdi. Dövlətimizin başçısı onunla Bakıda keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Baş katib Antonio Quterreş BMT-nin qaçqınlar üzrə ali komissarı kimi Azərbaycana səfərlərindən, Prezident İlham Əliyev ilə görüşlərindən məmnunluqla bəhs etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektviləri ilə maraqlandı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verdi. Dövlətimizin başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirdi. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu dedi. Prezident İlham Əliyev ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu bildirdi. Dövlətimizin başçısı fevralın 20-də keçiriləcək və qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini dedi. Bildirdi ki, bu, bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlandı. Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident İlham Əliyev BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm