Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub
Bizi izləyin

Rəsmi xronika

Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub

Səfər çərçivəsində nümayəndə heyətiBirləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini tərəfindən qəbul olunub.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Abu-Dabi şəhərində keçirilən “IDEX-2017” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün 18-19 fevral 2017-ci il tarixlərində bu ölkədə işgüzar səfərdə olub.

Publika.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti, əvvəlcə, Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunub.

Sonra sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilib, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm