Ərdoğan İlham Əliyevə zəng etdi - NƏDƏN DANIŞDILAR?
Bizi izləyin

Rəsmi xronika

Ərdoğan İlham Əliyevə zəng etdi - NƏDƏN DANIŞDILAR?

Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Fevralın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Publika.az xəbər verir ki, Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə Prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.

Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm