Rəsmi xronika
İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyevin daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilməsi barədə xəbəri təsdiqləyib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.
İdarə rəisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "O, təqaüdə göndərilməyib, rəis müavinidir və fəaliyyətini davam etdirir".
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, istefaya göndərilmiş generalların yenidən nazirlikdə vəzifəyə qaytarılması ilə bağlı onlarda məlumat yoxdur
***
Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.
General Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.
Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur.
Maraqlıdır ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi postu ləğv edilib və onun yerində yeni vəzifə - Bakı şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub. (Virtualaz.org)
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA