Azərbaycan Prezidenti pakistanlı həmkarı ilə görüşdü (YENİLƏNİB) - - FOTO
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti pakistanlı həmkarı ilə görüşdü (YENİLƏNİB) - - FOTO

Bu gün İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin görüşü olub.

Fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn arasında səmimi görüş keçirildi. 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlandı, Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirildi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulandı. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm