İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü - - FOTO
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü - - FOTO

İlham Əliyev İslamabadda Rəcəb Tayyib Ərdoğanla görüşdü

Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm