İlham Əliyev Tatarıstan rəhbərini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Tatarıstan rəhbərini təbrik etdi

İlham Əliyev Tatarıstan rəhbərini 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan rəhbəri Rüstəm Minnixanovu yubileyi münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli Rüstəm Nurqaliyeviç! Sizi əlamətdar gün – 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin Azərbaycan və Tatarıstan xalqları arasında mövcud olan çoxşaxəli ənənəvi dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyin artırılması, inkişafı və saxlanmasına verdiyiniz şəxsi töhfələrinizi qeyd etmək istəyirəm. Əminəm ki, bu münasibətlərin hərtərəfli inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan-Rusiya çoxplanlı qarşılıqlı fəaliyyətinin genişlənməsinə kömək olacaq.

Cənab Rüstəm Nurqaliyeviç, bu əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzu edirəm", - deyə Azərbaycan Prezidentinin təbrik teleqramında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm