Aydın Əliyev Ağstafada vətəndaşları qəbul etdi
Bizi izləyin

Rəsmi xronika

Aydın Əliyev Ağstafada vətəndaşları qəbul etdi

O, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm