Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirdi
Bizi izləyin

Rəsmi xronika

Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirdi

Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də Ağdaş rayonunda vətəndaş qəbulu keçirib.

Nazir FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərini, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.

Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.

Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. Qəbulda bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm