İlham Əliyev Tunis Prezidentinə məktub ünvanladı
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Tunis Prezidentinə məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm