İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını təltif etdi - SİYAHI
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını təltif etdi - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

«Vətən uğrunda» medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

Səfərov Fuad Vaqif oğlu - polkovnik

Süleymanov Elşən Müzəffər oğlu - mayor

«İgidliyə görə» medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu - kapitan

Rəsulov Ramin Qabil oğlu - mayor

Yusifzadə Emin Elxan oğlu - kapitan

«Hərbi xidmətlərə görə» medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor

Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

Qasımov Səbuhi Vaqif oğlu - mayor

Məmmədov Madar İbrahim oğlu - kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu - polkovnik

Paşayev Elnur Elman oğlu - kapitan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm