• USD 1,7021 0,00% EUR 1,9133 +0,54%
    • GBP 2,2098 +0,06% RUB 0,0302 0,00%

İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi - FOTO

İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlət başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR