İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
Bizi izləyin

Rəsmi xronika

İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi

O, tez-tez iş yeri dəyişdirilən rəis kimi tanınır.

İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi

Daxili işlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.

Nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib.

Xatırladaq ki, bir qədər öncə Ramil Usubov İsmayıl Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalamışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İ.Əsədov, həm də tez-tez iş yeri dəyişdirilən rəis kimi tanınır. Belə ki, o, Kürdəmirdən əvvəl Nərimanova təyin olunmuş və bir ay sonra vəzifədən azad edilmişdi. Ondan əvvəl isə Sabunçunun rəisi olan İ.Əsədov sözügedən rayonda qohumlarının çox olduğunu əsas gətirərək yerinin dəyişdirilməsini nazir Ramil Usubovdan istəmişdi və istəyi nəzərə alınmışdı. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm