Azərbaycan prezidenti Lüksemburqun böyük hersoqunu təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan prezidenti Lüksemburqun böyük hersoqunu təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Lüksemburqun böyük hersoqu Anrini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm