Məhluqə Sadıqovanın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Məhluqə Sadıqovanın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sənəddə deyilir ki, 2017-ci ildə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın anadan olmasının 100 illiyi tamam olur.

Məhluqə xanım Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaratmış və onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə dolğun şəkildə canlandırmışdır. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndir.

Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm