İlham Əliyev Belçika Kralına məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Belçika Kralına məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm