Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb
Bizi izləyin

Rəsmi xronika

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinin başa çatdırıl ması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitin 5,8 milyon (beş milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm