Prezident Aleksandr Lapşini əfv etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident Aleksandr Lapşini əfv etdi

Azərbaycan Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv olunması barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm