Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm