Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahələrdə mühüm uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

İnanıram ki, ortaq tarixi keçmişə və milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq və tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm