Bu Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik edildi
Bizi izləyin

Rəsmi xronika

Bu Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik edildi

Azərbaycan Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də fərman imzalayıb.

Dəyişikliyə əsasən, komitənin kollegiyasının tərkibinə həmçinin Komitənin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri də daxil ediləcək. Belə ki, fərmanın 16-cı hissəsinin yeni redeaksiyasında deyilir ki, Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumunun rəhbərindən, Komitənin digər rəhbər işçilərindən, habelə Komitənin yaratdığı publik hüquqi şəxslərin rəhbərlərindən ibarət Komitənin kollegiyası yaradılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm