İlham Əliyev Cey Prayerlə görüşdü - - FOTO
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Cey Prayerlə görüşdü - - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

Publika.az xəbər verir ki, Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm