Prezident Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Nikolsonu qəbul edib.

Dövlətimizin başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm