Sərəncam: Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında modul tipli 8 məktəb quraşdırılacaq
Bizi izləyin

Rəsmi xronika

Sərəncam: Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında modul tipli 8 məktəb quraşdırılacaq

Prezident İlham Əliyev fevralın 16-da “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 590 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması

425 000

2

Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

4

Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

5

Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

6

Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

330 000

7

Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

Cəmi

2 590 000

Oxumağa davam et
Reklam
Reklam

Gündəm