Qubaya 7,55 milyon manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Qubaya 7,55 milyon manat ayrıldı

İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı imzalayıb.

Publika.az xəbərinə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll, Maliyyə Nazirliyiinə isə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm