Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Agentlikdə işçilərin sayı artırıldı
Bizi izləyin

Rəsmi xronika

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Agentlikdə işçilərin sayı artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Elektron hökumət” portalının fəaliyyətinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanın həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 4-cü hissəsində “640” rəqəmləri “655” rəqəmləri ilə əvəz edilir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi artırılaraq 655 ştat vahidi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm