Kürdəmirdə də “ASAN xidmət” olacaq - 5 milyon manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Kürdəmirdə də “ASAN xidmət” olacaq - 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm