Çin Respublikasının Sədri İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Çin Respublikasının Sədri İlham Əliyevi təbrik etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Publika.az-ın xəbərinə görə, Si Cinpin Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasından sonra ikitərəfli əlaqələrin inkişafındakı nailiyyətləri müsbət dəyərləndirib.

Si Cinpin qeyd edib ki, Çin Azərbaycanla münasibətlərin inkişafına böyük diqqət yetirir, Azərbaycanla birgə hər iki ölkənin və xalqın rifahı naminə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm