Prezident onlara fəxri adlar verdi
Bizi izləyin

Rəsmi xronika

Prezident onlara fəxri adlar verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar memar”

Hüseynova Leyla Qafar qızı

Məmmədov Ədalət Eyvaz oğlu

“Əməkdar mühəndis”

Kərimli Telman Nəcəf oğlu

Sultanov Zakir İmran oğlu

“Əməkdar mədəniyyət işçisi”

Nuriyev Fuad Lütvəliyeviç.

***

Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verib.

Sərəncama əsasən, oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar elm xadimi”

Kərimov Kərəm Təbriz oğlu

“Əməkdar həkim”

Ağayev Misirxan Muradxan oğlu

Şamilova Faiqə Hacıbala qızı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm