Rəsmi xronika
Ştaynmayer: "Aİ ilə Azərbaycan arasında əlaqələri yeni sazişə əsaslanan müstəvi üzərində qurmaq istəyirik"
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Cənab Prezident. Mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə Sizi və Sizin vətəndaşlarınızı öz adımdan və həmvətənlərim adından səmimi qəlbdən təbrik edirəm.
Biz ötən il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. Həmçinin 2018-ci ildə də biz əlamətdar bir ildönümünü qeyd edirik: 200 il əvvəl ilk alman mühacirləri Azərbaycana gəlmişlər. Bu da ölkələrimizi birləşdirən dərin köklərin olmasının sübutudur. Almaniya gələcəkdə də Azərbaycan ilə dostluq bağlarını gücləndirməyə və əməkdaşlığımızı intensivləşdirməyə səy göstərəcəkdir.
Birgə iqtisadi maraqlarımızla yanaşı, biz xüsusilə energetika sahəsində siyasi dialoqu inkişaf etdirmək və mədəni əməkdaşlığı genişləndirmək istəyirik. Biz Avropa İttifaqı ilə ölkəniz arasında əlaqələri yeni sazişə əsaslanan müstəvi üzərində qurmaq istəyirik. Avropa Şurasında və ATƏT-də əməkdaşlığımızı davam etdirməyimiz arzuolunandır.
Mən Sizə xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası