İmmun sistemini gücləndirən quru meyvələrin faydaları
Bizi izləyin

Sağlamlıq

İmmun sistemini gücləndirən quru meyvələrin faydaları

Quru meyvələr xərçəngdən təzyiqə, anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəliklərin dərmanıdır. Publika.az meyvələrin faydaları haqqında məlumatı təqdim edir:

Quru ərik

Həzm problemlərini yaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Daşıdığı A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm də kaliumla zəngindir.

Kişmiş

Yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görə tənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqi azaltmaqda olduqca təsirlidir. Bu baxımdan iltihablara qarşı da immunitet sistemini gücləndirir.

Alma qurusu

Xüsusilə qatıqla yedikdə zəhərlənmə nəticəsində baş verən ishal zamanı güclü təsirə malikdir. Yenə lifli xüsusiyyəti sayəsində tox saxlayır. Gözlərinizi yoran işdə çalışırsınızsa, hər gün bir ovuc quru alma yemək yaxşı təsir edir.

Xurma

Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.

Quru tut

Qan yaratmaqda və qızdırma əleyhinə əsrlərdir istifadə edilən quru tut əsl vitamin anbarıdır. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, quru tut ağız qoxusunu da yox edir.

Quru gavalı

Tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C və E vitaminləri daxildir. Xərçəng və qocalmaya qarşı qoruyucu təsirə malik quru gavalı tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə müsbət təsir göstərir.

Quru əncir

Yağ, sodium, xolesterin tərkibli olmadığı, hətta yüksək dərəcədə lifli sayıldığı üçün arıqlamağa kömək edir. Tərkibi protein miqdarı baxımından kasaddır, turşu baxımından isə zəngin. Bu səbəbdən hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxiti aradan qaldırmaq gücünə malikdir. Bədəni yeniləməkdə fəal rol oynayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm