Xolesterini aşağı salan bitki çayları
Bizi izləyin

Sağlamlıq

Xolesterini aşağı salan bitki çayları

Qanda xolesterinin yüksək olması ürək xəstəlikləri, o cümlədən də infarkt riskini artırır. Xolesterin səviyyəsi yüksək olanlar bu problemdən təbii bitki çayları ilə xilas ola bilərlər. Xolesterini aşağı salan bitki çayını evdə asanlıqla hazırlamaq olar.

Xolesterini aşağı salan ən yaxşı bitki çaylarından biri yaşıl çaydır. Yaşıl çayla yanaşı ardıc toxumu, zeytun yarpağı, kəklikotu və tərxun kimi bitkilərdən hazırlanan bitki çayları da xolesterinin düşməsinə kömək edir. Gündə 3 stəkandan çox içməmək şərtiylə zəncəfil çayını davamlı olaraq içmək də xolesterindən əziyyət çəkənlərə kömək ola bilər.

Bu çaylardan fayda götürə bilmək üçün davamlı olaraq hər gün içmək lazımdır. Ən az bir ay bunu etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm