Qarın yağlarını əridən effektli detoks
Bizi izləyin

Sağlamlıq

Qarın yağlarını əridən effektli detoks

Bədənin hər hansı bölgəsində toplanmış yağlar xoşagələn deyil. Bu da təbiidir. Artıq çəki bədənin heç yerində gözəl görünmür. Qarında toplanan yağlar isə həm təhlükəlidir, həm də estetik cəhətdən pis görünür. Qadınları ciddi şəkildə narahat edən bu problem orqanlara da ciddi zərər verir.

Odur ki, qarın yağlarından həyatımızı təhlükəyə salmadan xilas olmaq lazımdır. Publika.az-ın sağlamlıq bölməsi qarın yağlarından şikayət edənlər üçün detoks reseptini təqdim edir:

Cəfəri detoksu

Ərzaqlar:

1 ədəd xiyar

Bir ovuc cəfəri

1 çay qaşığı rəndələnmiş zəncəfil

Yarım stəkan su

Hazırlanması: Bütün ərzaqları blenderden keçirin. Gecə yatmazdan əvvəl 1 stəkan için.

Kələm detoksu

Ərzaqlar:

1 dəstə cəfəri

4 ədəd kələm yarpağı

1 ədəd sulu limon

Yarım litr su

Hazırlanması: Əvvəlcə su qaynadılır. Daha sonra içinə kələm yarpaqları əlavə olunur. Kələm yarpaqları suda 3 dəqiqə qaldıqdan sonra içinə cəfəri də əlavə olunur və su yenidən 3 dəqiqə qaynamağa qoyulur.

Həmin su soyuduqdan sonra içinə limon suyu əlavə edib için. Gün ərzində 2 ya 3 stəkan içə bilərsiniz. Lakin bu detoks hər gün təzə hazırlanmalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm