• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gülben Ergeni arıqladan darçınlı çay resepti

Gülben Ergeni arıqladan darçınlı çay resepti

Darçın həm toz, həm də çubuq şəklində işlədilir. Südlü şirniyyatlara, çaylara, tortlara, kekslərə, kökələrə, meyvə salatlarına əlavə edildikdə çox gözəl dad verir. Ləzzətli olduğu qədər şəfalı fermentlər ehtiva edən çox dəyərli bir ədviyyatdır.

Publika.az darçın çayının faydalarını təqdim edir:

Darçın çayının faydaları:

Darçın çayının güclü təsirə malik olduğu qədim dövrlərdən bəri məlumdur. Ondan bu günə qədər bir çox xəstəliyin müalicəsində istifadə edilib. Darçın çayı həzm sistemini yaxşılaşdırır, menstruasiya dövründə yaranan ağrıları aradan qaldırır,qanda şəkərin miqdarını tənzimləyir.Bakteriya əleyhinə güclü xüsusiyyətləri orqanizmi infeksiyalara qarşı qoruyur, soyuqdəyməni sağaldır, qan dövranını sürətləndirir. Və ən əsası arıqlamağa kömək edir. Darçın xolesterini aşağı salır, ürək xəstəliklərinə yaxşı təsir edir, xərçənglə döyüşür, diş ağrısını kəsir, ağız qoxusunu aradan qaldırır, tənəffüs problemlərinin həllinə kömək edir, yaddaşı və zehni gücləndirir. Əmizdirən qadınlarda süd artımına səbəb olur.

Darçından maska kimi də istifadə edə bilərsiniz. Belə ki, darçın maskası sızanaq və qara nöqtələri yox edir, qaşınmanı kəsir, qanaxmanın dayandırır.

Darçın çayının əks təsirləri

Darçın çox tez-tez və yüksək dozalarda istehlak edildikdə hər şəfalı maddə kimi bəzi əks təsirlər göstərə bilər.

Məsələn, darçının uzun müddət istifadəsi qəbizliyə səbəb olar. Çubuq darçın çayından gündə ən çox 1 fincan istehlak etmək lazımdır. Hamiləlik dövründə həkimlə məsləhətləşmədən darçın və darçın çayı içmək olmaz.

“Çin darçını” kimi tanınan darçın növünün qaraciyərə mənfi təsir etdiyi deyilir. Buna görə də qaraciyərlə bağlı problem yaşayanlar həkimlə məsləhətləşməlidir.

Qanda şəkərin tarazlığına təsir göstərdiyi üçün əməliyyatdan əvvəl və sonra 15 gün ərzində darçın çayı içmək olmaz.

Darçın yağı dəriyə birbaşa çəkildikdə qıcıqlanmaya səbəb olduğundan başqa yağlarla qarışdırılıb sonra istifadə edilməsi məsləhətdir.

Darçın çayı arıqladırmı?

Güclü bir antioksidant olan darçın təkbaşına arıqlamağa kömək etmir. Amma qanda şəkəri tənzimlədiyi və insulin fermentini tarazlaşdırdığı üçün arıqlamaqda təsiri danılmazdır. Belə ki, darçının qəbulundan sonra insan uzun müddət özünü tox hissi edir ki, bu da arıqlamaq istəyənlər üçün çox mühüm amildir. Belə ki, gündəlik yediyiniz qidaya darçın əlavə edərək, qlükozanın orqanizmə daha yaxşı sovrulmasını təmin edərsiniz. Bundan başqa, darçın enerji mənbəyi olaraq yağ anbarından istifadəni təmin edir.

Darçın çayının resepti

Toz darçınlı çay üçün - 1 böyük stəkan suya 1,5 çay qaşığı toz darçın atıb 2-3 dəqiqə dəmlənməsini gözləyin və sonra için.

Çubuq darçınlı çay üçün -1 stəkan isti suya 1 çubuq darçın atın və 8-10 dəqiqə dəmləyib sonra için.

Çayın içinə 2-3 diş mixək və 1 dilim limon əlavə etdikdə daha təsirli olur.

Darçınlı salat

Bundan başqa, bir kasa qatığın içinə xırda mövsüm meyvələrini dilimləyin və hamısının üzərində 1 çay qaşığı toz darçın səpərək nəfis və yüngül desert hazırlaya bilərsiniz. Yetişmiş sulu şaftalı ilə çox dadlı olur.

Gülben Ergeni arıqladan darçınlı çay resepti

Məşhur müğənni Gülben Ergen də pəhrizində darçına yer verərək qısa müddətdə və sağlam şəkildə arıqlayıb. O, darçını çubuq şəklində gündə 3 dəfə su və mixəklə birlikdə qaynadıb içərək bu nəticəni əldə etdiyini dilə gətirib.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR