Xoruldamağa səbəb olan nədir?
Bizi izləyin

Sağlamlıq

Xoruldamağa səbəb olan nədir?

Bir çox insanın həyatını kabusa çevirən xoruldama əslində sağlamlıq problemidir. Xoruldamağın qarşısını necə almaq probleminin cavabını tapmazdan əvvəl xoruldamağa səbəb olan problemləri müəyyən etməyiniz lazımdır. Xoruldamaq bizdən çox qarşımızdakı insanı narahat etdiyi üçün ciddi problemlərə səbəb olur. Xüsusilə də xanımlar arasında xoruldama səbəbi boşanma ilə nəticələnir. Xoruldamağın qarşısını almağın bir çox yolu var. Publika.az-ın sağlamlıq bölməsi bu problemdən xilas olmaq üçün bir neçə üsullar tövsiyə edir:

Bunlara baxmayaraq, xoruldama problemindən xilas ola bilməsəniz, həkimə müraciət etməyi məsləhət görürük.

Xoruldamağın qarşısını almağın yollarından biri də axşam yeməklərində ağır yeməklər yerinə daha yüngül yeməklərə üstünlük verməkdir. Çünki ağır yeməklər boğaz əzələlərini zəiflədərək xorultunu artırır. Xüsusən axşamlar tərəvəz yeməkləri ilə qidalanmağa çalışmalısınız. Yediyinizi mədənizin yaxşıca həzm etməsi üçün axşam yürüşü çox idealdır. Yatmağa yaxın yemək yeməməlisiniz. 2 ya da 3 saat əvvəl yemək-içməyi dayandırmalısınız.

Xoruldamağa səbəb olan başqa bir faktor isə yatış mövqeyidir. Xüsusən kürək üstü yatmaq xoruldamanı artırır. Bunun üçün kürək üstü yatmaq əvəzinə yan yatmağı yoxlamalısınız. Yan yatmaq xoruldamağı xeyli azaldır, ya da tamamilə ortadan qaldırır.

Boğazdakı zəifləmələr və burun tıxanmaları da həddindən artıq xoruldamağa səbəb olur. Boğaz içi infeksiyaları və boğaz iltihabı da xoruldamağın səbəblərdəndir. Bu problemlərdən xilas olmaq üçün mütləq həkim nəzarətindən keçməlisiniz.

Apteklərdə satılan burun bantlarını da sınaya bilərsiniz. Onların xoruldamağı qarşısını aldığı məlumdur.

Xüsusilə həddindən artıq kök insanlar daha çox xoruldayır, yəni çəki də xoruldamağın mühüm səbəblərindən biridir. Nizamlı məşq edərək artıq çəkidən qurtulmağa çalışmalısınız.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm