1 həftəyə 5 kilo arıqladan effektli giləmeyvə pəhrizi
Bizi izləyin

Sağlamlıq

1 həftəyə 5 kilo arıqladan effektli giləmeyvə pəhrizi

Ən yaxşı pəhriz odur ki, mövsümi məhsullardan ibarət olsun. Beləliklə, sən sanki heç pəhriz saxlamırsan. Yay isə müxtəlif və rəngarəng giləmeyvə və meyvələrin mövsümüdür. Odur ki, sizi nəinki orqanizmi vitaminlərlə doyduran, həm də qısa müddətdə artıq çəkidən xilas edən meyvə pəhrizi ilə tanış etmək qərarına gəlmişik. Publika.az-ın sağlamlıq bölməsi giləmeyvə pəhrizini təqdim edir:

Əgər tövsiyələrə və giləmeyvə pəhrizinin qaydalarına bir neçə gün ərzində dəqiq əməl etsəniz, bir həftəyə 5 kiloqramadək arıqlaya bilərsiniz. Üstəlik, çəkiniz nə qədər çox olsa, bir o qədər artıq çəki itirərsiniz.

Necə? Məlum olduğu kimi, giləmeyvənin enerji dəyəri çox aşağıdır: 45-55 kkal. Bu isə minimum kalori, maksimum fayda almağa kömək edir.

Qidalanma sxemi

Giləmeyvə pəhrizi 5-7 gün nəzərdə tutulur. Üstəlik, bu pəhriz həftə ərzində yalnız giləmeyvə ilə qidalanmağı tələb etmir. Sözünü etdiyimiz pəhriz sadəcə mövsüm meyvələrindən ibarət sağlam qidalanma proqramıdır. Gündəlik rasionunuza isə digər məhsullar da daxil olmalıdır. Əlbəttə ki, kotlet ilə kartof kimi çox kalorili qidalardan da söhbət getmir.

Qidalanma sxemi təxminən aşağıdakı kimi görünür. Meyvələri öz damaq dadına uyğun olaraq bir qədər dəyişdirə bilərsən.

Səhər yeməyi

300 qram istənilən giləmeyvəyə 1-2 qaşıq xama qatıb yeyin. Xama bədənini zülal və yağ ehtiyacını ödəmək məqsədi ilə verilir.

İkinci səhər yeməyi

200 qram giləmeyvə.

Nahar

Tərəvəz şorbası, pomidor və xiyar salatı, 200 qram yağsız ət, balıq və ya toyuğun döş ətindən ibarət ola bilər.

Nahardan 2 saat sonra

200 qram giləmeyvə.

Şam

300 qram giləmeyvə salatı və yağsız yoqurt.

Gəlin indi də giləmeyvələrin faydalarına nəzər salaq.

Gilənar əsl vitamin xəzinəsidir. Onun tərkibində fol turşusu, C, В1, В6 və PP var. Gilənar tərkibindəki yüksək dəmir nəticəsində qan azlığının ən yaxşı çarəsidir. Əks göstəriş – qastritdir. Əgər mədəniz tez-tez ağrıyırsa, gilənar vəziyyəti yalnız pisləşdirə bilər.

Çiyələk - bu giləmeyvə C vitamininin əsas mənbələrindən biridir. O, tərkibinə görə yalnız qara qarağatdan geri qalır. Maraqlıdır ki, cəmi 5 kiçik çiyələkdə böyük bir portağalda olduğu qədər C vitamini var. Çiyələyin daimi istifadəsi zamanı immuniteti möhkəmləndirir və qan damarlarının divarlarını təmizləyir. Əks göstəriş kimi allergiyaya səbəb olma ehtimalı irəli sürülür. Təəssüf ki, çiyələyin allergik reaksiyasına çox tez-tez rast gəlinir, odur ki, ehtiyatlı olun.

Qaragilə ürək-damar sisteminin xəstəlikləri üçün yaxşı profilaktikadır. Onun gözlər üçün çox faydalı giləmeyvə olduğunu isə yəqin ki, bilməyən yoxdur. Qaragilə gözlərdə torlu qişanın qan dövranını yaxşılaşdırır, bununla da görmə qabiliyyətini bərpa edir. Onun tərkibində limon və alma turşuları, karotin və C vitamini var. Qaragilənin əks göstərişi ondan ibarətdir ki, qaragilə mədəaltı vəzində problemi olanlara pis təsir edir.

Qara qarağat A, B və C vitamin qrupları, eləcə də əksər giləmeyvələr kimi zəngin karotin mənbəyidir. Orqanizmin sutkalıq turşu tələbatını təmin etmək üçün cəmi 15-20 qarağat yemək kifayətdir. Əks göstəriş - tromboflebit. Qara qarağat qanda laxtalanmanı artırır. Ona görə də onunla ehtiyatla davranmaq lazımdır.

Firəng üzümünün tərkibi A, В1, В2, C, P vitaminləri ilə zəngindir. Yaşıl giləmeyvə, həmçinin, fol turşusuyla və kalium duzlarıyla zəngindir. Firəng üzümü arıqlamaq üçün ideal vasitədir. O, maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır. Əks göstəriş: mədə yarası və qastrit.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm