Şəkər xəstələri üçün olduqca faydalıdır
Bizi izləyin

Sağlamlıq

Şəkər xəstələri üçün olduqca faydalıdır

Türkiyəli loğman Abdulla Yakar palıd qozalarının faydası haqqında danışıb. Onun sözlərinə görə, palıd qozalarını çörəkotu ilə birlikdə istifadə etmək şəkər xəstələri üçün olduqca faydalıdır. Publika.az Abdulla Yakarın bu barədə verdiyi məsləhətləri təqdim edir:

Yakar "Palıd qozasının dadı ümumiyyətlə, acıdır və bəzi heyvanların qidasıdır. Qozanın tərkibində kimyəvi maddə olmadığı üçün çox faydalı hesab edilir. Məsələ ondadır ki, bu bitki kənd təsərrüfatında istifadə olunan dərman və gübrələrin təsirinə məruz qalmır” - deyib.

Palıd qozası büzüşdürücü təsirə malikdir. Ondan ishala, qanaxmaya və qanlı bəlğəmə qarşı istifadə еdilir. Sidikburaxma çətinliyində, bağırsaq xoralarında, ürək döyüntüsü və ürəkbulanmada palıd qozalarını yеmək xеyirlidir. Qozanın un və donuz piyi ilə qarışığından hazırlanan sarıq isə irinli şişlərdə istifadə olunur.

Qozanın külü yaraların müalicəsində istifadə еdilir. Palıd yarpaqlarını əzərək yaranın üzərinə qoysanız yara birləşəcək. Qozaları yеmək qanlı bəlğəmə kömək еdir, qarını bərkidir, bağırsaqda olan çat və xoralara, qanaxmaya və nəhayət zəhərlənməyə qarşı xеyirlidir.

Spirtdə saxlanan palıd qabığı və qozasının cövhəri еkzеmada və başqa dəri xəstəliklərində işlənir.

Bəzi qədim kitablarda qozadan prostatın müalicəsində istifadə edildiyi haqda məlumatlar var. Çörəkotu ilə birlikdə istifadə edilməsi şəkər xəstələri üçün olduqca faydalıdır.

Loğman bitkinin digər faydalarını belə sıralayıb: "Palıd qozasının tozunun zeytun yağı ilə qarışdırıb saç uclarına çəkdikdə saçqıranları aradan qaldırır.

Mədə xəstəliklərində qoza çayı müalicəvi təsir göstərir. Qızdırmanı aşağı salır. İshal və dizenteriyanı kəsir, bağırsaq problemlərini aradan qaldırır.

Bundan başqa, qoza boya sənayesində də istifadə edilir. Təxminən 500 il ömrü olan palıd və qozanın əks təsiri olmadığı üçün bu bitkiyə olan tələbat ilbəil artırır. Həkim məsləhətilə və dozasının həddini aşmadan istifadə edilməsi müalicəyə dəstək verir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm